“Sony” dünən başlayan CES 2022 sərgisinə 2 elektrikli modeli ilə qatılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, texnologiya nəhəngi 2020-ci ildə nümayiş etdirdiyi “Vision S” konseptindən əlavə, yeni “SUV” modelini də təqdim edib. Yeni avtomobil 268 at gücündə iki mühərrikə malikdir.
“Sony”nin baş direktoru Keniçiro Yosida təhlükəsizlik üçün avtomobilin içərisinə və xaricinə 40 sensor əlavə etdiklərini də açıqlayıb.
Həmin modelləri təqdim edirik: