Sərnişinlərə ŞAD XƏBƏR:  avtobusların gəlmə vaxtını telefonla öyrənə biləcəklər
20 avqust 2022 18:09 (UTC +04:00)

Sərnişinlərə ŞAD XƏBƏR: avtobusların gəlmə vaxtını telefonla öyrənə biləcəklər

Bakıda marşrut avtobuslarının hərəkəti ilə bağlı məlumatlar yenidən “Google Maps”də olacaq.

Lent.az xəbər verir ki, bu əlçatanlığı “Google Maps” mütəxəssisi Elvin Hüseynov öz təşəbbüsü əsasında gerçəkləşdirib. Belə ki, yenilənməyə görə, bundan sonra Bakı sakinləri marşrut dayanacaqlarının ünvanını, avtobusların istiqamətləri və gəlmə vaxtlarını öyrənə biləcəklər. Hazırda paytaxtımızın Xətai, Nizami və Nərimanov rayonları üzrə sözügedən yenilənmələr “Google Maps”ə yüklənib.  E. Hüseynovun sözlərinə görə, yenilənmələr yaxın zamanlarda bütün ərazilər üzə olacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Google Maps” tərəfindən avtobusların nömrələri və gəlmə vaxtı xəritədən silinmişdi. Onlar bunun Bakı Nəqliyyat Agentliyi tərəfindən datanın gec ötürülməsi ilə bağlı olduğunu vurğulamışdılar.

"Google Maps"də yenilik

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4386
avatar

Mehman Nəbiyev

Oxşar yazılar