"Səma balinası" -  750 nəfərlik təyyarə
04 sentyabr 2022 19:50 (UTC +04:00)

"Səma balinası" - 750 nəfərlik təyyarə

İspan dizayneri Oskar Vinals gələcəyin yüksəksürətli təyyarəsi konsepsiyasını paylaşıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun modeli “Sky Sky Whale” (“Səma balinası”) adlanır. Onun Yer kürəsinin ən sürətli uçan nəhəngi olacağı bildirilir. Təyyarə eyni vaxtda 755 sərnişini qəbul edə biləcək.

Ümumilikdə, göyərtəsində üç böyük salon nəzərdə tutulur. Sonuncunun səmaya baxan panoramik damları da olacaq.

“Səma balinası”nın eksklüziv olaraq uzaq məsafəli uçuşlara göndərilməsi planlaşdırılır. Təyyarənin 360 dərəcə fırlanan mühərriklər və turbinlər olacaq ki, bu da təyyarənin demək olar ki, şaquli şəkildə qalxmasına imkan verəcək. Belə turbinlər həm də təyyarənin avtomobil kimi sürətlə dönməsinə imkan verəcək.

Mühərriklər elektrik enerjisi ilə işləyəcək. Təyyarə daha etibarlılıq üçün batareyaları dolduracaq günəş panelləri ilə təchiz olunacaq.

"Səma balinası”nın ölçüləri heyrətamizdir. Qanadları 88 metr, uzunluğu 78 metrdir. Bu, “Airbus A380” və “Boeing 747”dən (dünyanın ən böyük sərnişin təyyarəsi) dəfələrlə böyükdür. Oskar Vinals xəyalının səmanı fəth edəcəyi ümidi ilə çəkdiyi rəsmləri mühəndislərə göndərib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6432
avatar

Oxşar yazılar