"Samsung" köhnə smartfonlarını  YENİLƏDİ
22 avqust 2022 12:30 (UTC +04:00)

"Samsung" köhnə smartfonlarını YENİLƏDİ

"Samsung" köhnə smartfonların bir neçə modelini yeniləyib. 

Lent.az xəbər verir ki, bu barədə “Android Police” nəşri məlumat yayıb.

Qeyd ediblər ki, Koreya brendinin istehsalı dayandırılmış bir neçə smartfonunda gözlənilməz proqram yeniləməsi baş verib. 

Onların arasında Galaxy S7, S7 Edge, S8 və digər köhnəlmiş smartfonlar olub. Məlum olub ki, yeniləmə smartfona yeni funksiyalar əlavə etmir.

Mütəxəssislər qeyd ediblər ki, istehsalçılar, adətən bir çox cihazları üçün təhlükəsizlik nöqtələri buraxırlar, lakin bu dəfə "Samsung" GPS əməliyyatında səhvi düzəldən yeniləmə təqdim edib. 

"Yamaq təhlükəsizlik səviyyəsinə təsir etmir, lakin dəyişiklik qeydi GPS sabitliyinin yaxşılaşdığını göstərir", - məlumatda vurğulanır.

Qeyd edilir  ki, “Samsung”un köhnə smartfonlar üçün oxşar yeniləmə buraxacağı ehtimalı var:

“Yəqin ki, insanların çoxu bu telefonları unudub (yaxud onları çoxdan satıb). “Samsung”un bu cür modelləri yeniləməsi – bəzi kritik təhlükəsizlik qüsurlarını aradan qaldırmaq məqsədi daşıyır”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4212
avatar

Oxşar yazılar