“Samsung” şirkəti arxa tərəfində gizli ekranı olan telefon icad edib.
Lent.az xəbər verir ki, bu barədə “SamMobile” məlumat yayıb.
Bildirildiyinə görə, smartfon iki ekrana malikdir - köməkçi displey arxa paneldə yerləşir və qoruyucu şüşə ilə örtülüb. Korporasiya mühəndisləri qeyd ediblər ki, köməkçi ekran müxtəlif arayış məlumatlarını göstərmək üçün istifadə edilə bilər.
Media müəllifləri Koreya şirkətinin yeni telefonunu 2020-ci ildə ZTE tərəfindən buraxılan Nubia X ilə müqayisə ediblər. Konsept qurğusunun arxa tərəfində şəffaflıq səviyyəsini tənzimləmək mümkün olan şüşə ilə örtülmüş köməkçi ekran olub. Bu halda ekran söndürülə və gizlənə bilər.
Bildiriblər ki, "Samsung" növbəti flaqman smartfonunda 200 meqapiksellik kamera quraşdırmağı planlaşdırır. Çox güman ki, 2023-cü ilin əvvəlində buraxılması gözlənilən Galaxy S23 Ultra belə kamera alacaq.