Rulon kimi qatlanan GÜNƏŞ PANELİ
13 fevral 2021 19:00 (UTC +04:00)

Rulon kimi qatlanan GÜNƏŞ PANELİ

Koreyalı mühəndislər tərəfindən hazırlanmış günəş panelini rulon kimi qatlamaq və ya konstruksiyaya uyğun əymək mümkündür. 

Lent.az "ictnews"a istinadən xəbər verir ki, bu forma panellərin daşınmasını sadələşdirməklə yanaşı, həm də onların avtomobil, telefon kimi qurğulara inteqrasiyasını asanlaşdırmağa kömək edəcək. 

Koreya Respublikasının Milli Pusan Universitetinin mühəndisləri tərəfindən hazırlanmış günəş elementinin prototipini tamamilə qatlamaq mümkündür.
 
Amma hələ ki sözügedən günəş panellərini tam yarıya kimi qatlamaq mümkün deyil. Hərçənd bir sıra elektron qurğularda bu xüsusiyyət artıq reallaşdırılıb. 

"Elastik elektronikadan fərqli olaraq, qatlanan qurğular daha sərt deformasiyaya məruz qalırlar. Bu halda qatlama radiusu 0,5 mm-ə bərabərdir" – tədqiqatın müəllifi, professor İl Çon deyib.
 
Qeyd edək ki, tədqiqatçılar 7 mkm qalınlığında günəş elementi hazırlamağa nail olublar. Bu günəş paneli 10 mindən çox qatlama sınaqlarına tab gətirib və qırılma qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3189
avatar

Oxşar yazılar