Mühəndislər robotlara zarafat etməyi öyrətməyə çalışırlar.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın Oreqon Dövlət Universitetinin dosenti Naomi Fitter mikrofon verildiyi anda zarafat edən robot icad edib.
Robot əvvəlcə insanların nəyə güldüyünü anlamağa çalışır. Daha sonra ona uyğun zarafat edir. Bu müəyyən alqoritm əsasında baş verir.
Qeyd edək ki, son illərdə süni intellekti xəstəliklərin müalicəsində, oyunlar oynamaqda, müxtəlif iş sahələrində geniş istifadə edirlər. Ancaq yumor yeni bir sahədir.