Texnologiya bazarında hər zaman birinci sıralarda olan şirkətlərdən biri də “Apple”dır. Bu şirkətin loqosunun “dişlənmiş alma” olması hər kəsdə fərqli düşüncələr yaradır.
Maraqlıdır bəs, bu loqo nədən xəbər verir?
Lent.az tarixi məlumatlara istinadən xəbər verir ki, Stiv Cobs və dostu Stiv Voznyak texnologiyaya olan maraqlarından dolayı 1972-ci ildə “ Hawlett-Packard” şirkətində yarım günlük işə başlamaqla yanaşı, əl işi kompüterlər üzərində də işləməyə başladılar.
1976-cı ildə onlara Ron Ueyn də qoşuldu və Stiv Cobsun evinin qarajında “Apple”ı qurdular. İstehsal etdikləri ilk kompüter MOS 6502 əməliyyat sisteminə malik “Apple I” oldu. Qarajda işləməyə davam edən komanda 200 ədəd “Apple I” kompüteri istehsal edərək satdılar. Bunun ardından 1977-ci ildə ondan daha yaxşı olan “Apple II”-ni, 1980-ci ildə isə “Apple III”-ü istehsal etdilər.
Apple I
Apple II
Amma istehsal xətası üzündən “Apple III” kompüterləri geri çəkildi. Bu da şirkətə böyük maddi zərər vurmuşdu. Amma həmin ilin sonunda təqdim olunan yeni “Apple” kompüteri böyük uğur qazanıb, rekord sərmayəyə sahib oldu. Şirkətin başında olan Stiv Cobs ticari biliklərə sahib olan yeni bir idarəçiyə ehtiyac duyduqlarını bildirərək, yanlış qərar verdi və 1983-cü ildə Con Skallini şirkətin başına gətirdi.
Arada yaranan problemlər üzündən Stiv Cobs 1985-ci ildə öz qurduğu şirkətdən qovuldu. Bundan sonra şirkətdə uğursuzluqlar yaranmağa başladı və nəticədə, Stiv 1996-cı ildə yenidən şirkətin başına keçdi.
Apple III
1998-ci ildə hamısı birində olan müasir görünüşlü "iMac" kompüteri istehsal olundu. 1 il ərzində 1 milyon ədəd satıldı. 2001-ci ildə "iTunes" ilə işləyən "iPod" təqdim olundu ki, bu da böyük uğur qazandı. Nəhayət, 2007-ci ildə ilk dəfə "iPhone" telefonları satışa çıxarıldı. Bununla birlikdə, "AppStore" da təqdim olundu və rekord qırdı. Açıldığı ilk həftədə "AppStore"da 10 milyon proqram yükləndi.
Hazırda əsas qurucu heyət olmasa da, şirkət öz uğurunu davam edərək, dünyanın ən gəlirli şirkətləri sırasında əsas yerlərdən birini tutmağa davam edir.
Bəs logoda niyə məhz dişlənmiş alma əks olunur?
Bu haqda olan fərziyyələrdən ən əsası, ilk kompüterlərin istehsalında rolu böyük olan Alan Turing ilə bağlıdır. Belə ki, Alan Turing İngiltərənin müharibə dönəmlərində texnoloji mövzularda olan qatqılarının heçə sayılmasından sonra evində ölü olaraq tapılmışdı.
"Alma ilə bunun nə əlaqəsi?"- deyə düşünə bilərsiniz. Məsələ orasındadır ki, ölən zaman Alanın əlində dişlənmiş zəhərli alma var idi. Stiv Cobsun da bundan təsirlənərək, şirkətin loqosunu məhz dişlənmiş alma şəklində qoyduğu bildirilir.
Digər bir fərziyyəyə görə isə, Stiv Cobs "The Beatles" heyranı idi. Bu qrupun səsyazma şirkətinin adı "Apple Records" olduğuna görə, Stiv də bundan ilhamlanıb, öz şirkətinin adını "Apple" qoyub.