NASA Marsa göndərdiyi zondla vidalaşır
21 may 2022 01:35 (UTC +04:00)

NASA Marsa göndərdiyi zondla vidalaşır

NASA 4 il əvvəl kosmosa buraxdığı və Mars planetində tədqiqat aparan “InSight” zondu ilə vidalaşır. 

Lent.az-ın xəbərinə görə, buna səbəb aparatın enerji təchizatının azalmasıdır. Zond bir neçə aydan sonra “qırmızı planet”də öz işini yekunlaşdıracaq. Bildirilir ki, “InSight” 2018-ci ilin noyabrında Marsa eniş etdikdən sonra günəş panelləri hər gün təxminən 5 min vatt-saat enerji istehsal edib. Layihə rəhbərinin sözlərinə görə, kosmik zondun fəaliyyətinin yekunlaşdırılması tamamilə enerjinin bitəcəyi ilə bağlıdır. Missiyasını başa vuracaq “Insight” gözləniləndən daha çox müddətdə Marsda tətqiqat aparıb. Aparat 1313-dən çox zəlzələ aşkar edib. 

Qeyd edək ki, kosmik gəmi 2018-ci il mayın 5-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından Atlas V raketi ilə kosmosa buraxılıb.

# 2580
avatar

Oxşar yazılar