İlk mikrodalğalı sobanı amerikalı mühəndis, hərbi radar dizayneri Persi Spenser hazırlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 1945-ci ildə sobalar kütləvi şəkildə ABŞ ordusunun hərbi yeməkxanalarında quraşdırılıb.
Ətin tez qızdırılması üçün nəzərdə tutulmuş bu cihaz bir insan hündürlüyündə və 300 kq ağırlığında idi.
Sonradan mikrodalğalı sobaların məişətdə işlənəcək müasir modelləri hazırlandı.