Məxfilikdən çıxarılan yeni  iPhone SE
30 avqust 2022 17:35 (UTC +04:00)

Məxfilikdən çıxarılan yeni iPhone SE

İnsayder Jon Prosser yeni nəsil SE smartfonu haqqında məlumat yayıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, seriyanın növbəti qurğusunda cihaz barmaq izi sensoru Touch ID ilə Home düyməsini itirəcək. 

Qeyd edək ki, qadcetin buraxılış tarixi açıqlanmır.

Beləliklə, "Apple" şirkəti SE-nin iki nəsilində - 2020 və 2022-ci illərdə buraxılan smartfonlar üçün istifadə edilən iPhone 8 dizaynından imtina edəcək. Bu cihazlarda 4,7 düyümlük IPS ekran, Home düyməsi, tək kamera və buraxılış anında mövcud olan prosessorlar var. 2018-ci ildə təqdim edilən iPhone Xr 6,1 düymlük IPS ekran aldı.

"Apple" martın 8-də keçirilən mərasimdə yeni iPhone SE-ni təqdim etdi. Cihaz A15 prosessoru, 5G şəbəkələri üçün dəstək, 12 meqapiksel təsvir ölçülü bir kamera ilə çıxdı. Cihazın qiyməti 429 dollardan başlayır.

2020-ci ildə təqdim olunan iPhone SE-nin Rusiya bazarında rekord qiymətə düşüb. Satışın əvvəlində cihaz 40 min rubla mövcud idisə, yazın sonunda cihazı 25 min rubla almaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Oxşar yazılar