Yapon dizayneri Takasi Murakami və fransız moda evi “Louis Vuitton”un 2009-cu ildə hazırladıqları oyuncaq ayı Moskvada satışa çıxarılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatna görə, oyuncağın qiyməti Moskva ətrafındakı bir mənzilin qiyməti ilə müqayisə edilə bilər.
Satıcı bunun üçün 3.785.958 rubl istəyir. Bu ayılardan cəmi 150-nin buraxıldığı dəqiqləşdirilib və hazırda bu, satışda olan yeganə belə oyuncaqdır.