Mayk Taysonun  nadir “Ferrari”si   hərraca çıxarıldı
13 avqust 2022 17:50 (UTC +04:00)

Mayk Taysonun nadir “Ferrari”si hərraca çıxarıldı

ABŞ-da 1996-cı il istehsalı olan nadir “Ferrari F50” Gooding & Company tərəfindən hərraca çıxarılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əvvəllər o, məşhur boksçu Mayk Taysona məxsus olub.

Avtomobilin dəyəri 5,5 milyon dollar qiymətləndirilib. Bu barədə hərrac evinin saytında bildirilir.

Tayson 1996-cı ilin fevralında “Ferrari F50”ni alıb və satana qədər beş il ona sahiblik edib.

Avtomobilin yürüşü 26 il - cəmi 9966 kilometrdir. O, daxili bəzək, kondisioner və asma təkmilləşdirmələri ilə birlikdə 75.000 dollara bərpa olunub.

Qeyd edək ki, “Ferrari F50” İtaliya brendinin 50 illik yubileyinə həsr olunmuş məhdud buraxılışdır və 349 ədəd seriya ilə istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4248
avatar

Oxşar yazılar