Marsdan Yerə nümunə bu cür gətiriləcək  
08 fevral 2022 07:26 (UTC +04:00)

Marsdan Yerə nümunə bu cür gətiriləcək  

ABŞ Aerokosmik Agentliyi NASA Mars səthindən nümunə gətirəcək raketin layihələndirilməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb. 

Lent.az-ın xəbərinə görə, müqavilənin dəyəri 194 milyon dollardır.

Qeyd olunur ki, Marsdan süxur gətirmək üçün 3 ayrı kosmik cihaz tətbiq olunacaq. İlk cihaz, 19 fevral 2021-də mars səthinə enən “Perseverance” süxur və hava nümunələrini toplamalıdır. Bundan sonra, Avropa Kosmik agentliyinin digər gəmisi bu nümunələri götürərək “Mars Ascent Vehicle” adlı cihaza yükləməlidir. Nəhayət sonuncu mərhələdə “EKA Earth Return Orbiter” adlı cihaz bunları Yer səthinə çatdırmalıdır. Proses 2030-cu ilədək başa çatacaq. Bu nümunələr sayəsində qırmızı planetdə həyatın olub-olmaması müəyyən ediləcək.

# 2043
avatar

Oxşar yazılar