Ukraynada maraqlı hadisə baş verib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir supermarket şəbəkəsi diqqətləri öz milli mətbəxlərinə çəkmək üçün reklam kampaniyası başladıb. Onlar balaca qutuda Ukraynanın məşhur “borş”unu və çörəyini kosmosa göndərmək qərarına gəlib və bu prosesi artıq həyata keçiriblər.
Yerdən 30 min metr yüksəklikdə olan görüntülər sosial şəbəkələrdə gündəm olub.
Sevinc Fərid