İranda “Instagram”a giriş məhdudlaşdırıldı
21 sentyabr 2022 20:33 (UTC +04:00)

İranda “Instagram”a giriş məhdudlaşdırıldı

İranda “Instagram”a giriş ciddi şəkildə məhdudlaşdırılıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, İrandan olan istifadəçilər “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

Bundan başqa qlobal internetdəki kəsinti və fasilələri izləyən Londonda yerləşən “NetBlocks” qrupu da bu gün İranda etirazlar fonunda  “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

“NetBlocks” qeyd edir ki, trafiklər sosial şəbəkəyə girişin bütün internet provayderləri tərəfindən pozulduğunu və İranın milli internet bağlantısının normal səviyyədən 79%-ə endiyini göstərir.
 

# 3171
avatar

Oxşar yazılar