“Apple” şirkəti sentyabrın 7-də yeni “iPhone 14”ü modelini təqdim edə bilər.
Lent.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Həmçinin təqdimatda bir neçə yeni “Mac”, “iPad” və üç “Apple Watch” modeli nümayiş olunacaq.
Agentlik qeyd edir ki, şirkət smartfonların satışının azaldığı bir vaxtda qabaqcıl məhsulunu yeniləyir.
İnflyasiya və qeyri-sabit iqtisadiyyat fonunda “Apple” rəqiblərindən yaxşı vəziyyətdədir.