İntihar edən qızın anası   bu şirkətləri məhkəməyə verdi
24 yanvar 2022 14:57 (UTC +04:00)

İntihar edən qızın anası bu şirkətləri məhkəməyə verdi

ABŞ-da intihar edən 11 yaşlı Selenanın anası Tammi Rodrigez sosial şəbəkə platformalarındən şikayət edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rodrigez San-Fransisko Federal Məhkəməsinə müraciət edərək “Meta” və “Snap” şirkətlərini məhkəməyə verib.  

O, qızının depressiya, yuxu, qidalanma problemləri və özünə zərər vermə kimi vərdiş və pozğunluqlarının “Instagram” və “Snapchat”dan istifadə etdikdən sonra ortaya çıxdığını bildirib.

“Snap” rəsmiləri məsələ ilə bağlı bunları deyib: “Selenanın ölümündən çox kədərlənirik və ailəsinə başsağlığı veririk. Cəmiyyətimizin sağlamlığından daha vacib heç nə yoxdur”.

“Meta” şirkəti isə mövzu ilə əlaqədar heç bir açıqlama verməyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3192
avatar

Sevinc Fərid

Oxşar yazılar