“Internet Explorer” dövrü bitir:  “Microsoft”...
17 iyun 2022 12:31 (UTC +04:00)

“Internet Explorer” dövrü bitir: “Microsoft”...

“Microsoft” 27 illik bir dövrü sonlandırmağa qərar verib. 

Lent.az xəbər verir ki, şirkət artıq “Internet Explorer”ə dəstəyini dayandırır.

Belə ki, brauzerin ən son versiyası “Internet Explorer 11” “Windows”un müəyyən versiyalarında dəstəklənməyəcək.

Qeyd edək ki, “Internet Explorer” ilk dəfə 1995-ci ildə istifadəçilərə təqdim edilib. Onun sayəsində bir çox insan internetlə tanış olub. Hətta uzun illərdir ki, ən çox istifadə edilən brauzerdir. O, 2003-cü ildə dünya üzrə təxminən 95 faiz istifadəçi ilə zirvəyə çatıb. 
 

# 3297
avatar

Sevinc Fərid

Oxşar yazılar