"Google" və "Microsoft" istifadəçilərinə İrandan TƏHLÜKƏ: Məlumatlarınız  OĞURLANIR
26 avqust 2022 09:40 (UTC +04:00)

"Google" və "Microsoft" istifadəçilərinə İrandan TƏHLÜKƏ: Məlumatlarınız OĞURLANIR

“Microsoft”, “Gmail” və “Yahoo!” istifadəçi hesabları İranın “Charming Kitten” haker qrupunun hazırladığı yeni “Hyperscrape” virusu səbəbindən təhlükə altındadır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Hyperscrape”dən istifadə etməzdən əvvəl təcavüzkarlar qurbanın hesabına giriş əldə etməli və ya onların istifadəçi sessiyasını ələ keçirməlidirlər. Bundan sonra hakerlər zərərli proqramı uzaqdan sistemə yükləyirlər.

Məlumdur ki, zərərli proqram qurbanın poçt qutusu daxilində məlumat toplamaq üçün bütün lazımi funksiyalara malikdir. Bundan əlavə, virus istifadəçini şübhəli fəaliyyət barədə xəbərdar etdiyi “Google” təhlükəsizlik xidmətindən mesajları silə bilir. 

Qurbanın poçt qutusundakı hər hansı məktub oxunmamışsa, virus əvvəlcə bu məktubu daxil edir, bütün məlumatları yükləyir və sonra fəaliyyətini gizlətmək üçün onu yenidən oxunmamış mesaj kimi etiketləyir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3783
avatar

Fidan İlqar

Oxşar yazılar