“Google” və “Facebook”a  şok cərimə
07 yanvar 2022 01:20 (UTC +04:00)

“Google” və “Facebook”a şok cərimə

Fransanın Milli İnformasiya və Azadlıqlar Komissiyası (CNIL) “Google” şirkətini 150,  “Facebook”u isə 60 milyon avro cərimələyib. 

Lent.az-ın xəbərinə görə, buna səbəb sözügedən şirkətlərin internet istifadəçilərinin kukilərdən imtina etməsini çətinləşdirməsidir. İstifadəçilərə məxsus məlumatların bir hissəsini toplayan kukiləri bir toxunuşla qəbul etmək mümkün olsa da, ondan imtina “Google” və “Facebook”un xidmətlərindən istifadəni çətinləşdirir.

Hər iki internet platformasına kukilər siyasətini dəyişmək üçün 90 gün vaxt verilib. Gecikəcəkləri təqdirdə “Google” və “Facebook” şirkətləri hər ötən gün üçün əlavə 100 min avro cərimə ödəməli olacaq.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Oxşar yazılar