“Facebook” Rusiya dövlət mediasına sosial şəbəkələrdə reklam yerləşdirməyi və pul qazanmağı qadağan edib.
Lent.az-ın məlumatına görə, bu barədə “Facebook”un təhlükəsizlik siyasətinin rəhbəri Nataniel Qleyxer “Twitter” hesabında bildirib.
“Biz Rusiya dövlət mediasını da etiketləməyə davam edirik. Bu dəyişikliklər artıq həyata keçirilməyə başlanılıb və davam edəcək” , deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl “Roskomnadzor” fevralın 25-dən Rusiyada “Facebook”a girişin məhdudlaşdırıldığını bildirib. Fevralın 24-də “Facebook” Rusiyanın dörd media orqanının rəsmi hesablarını məhdudlaşdırıb. Bunlar “Zvezda” telekanalı, RİA Novosti, lenta.ru və gazeta.ru xəbər saytlarıdır.