Elektron siqaret koronavirusa yoluxma riskini artırır – ŞOK ARAŞDIRMA
27 avqust 2022 09:58 (UTC +04:00)

Elektron siqaret koronavirusa yoluxma riskini artırır – ŞOK ARAŞDIRMA

“Elektron siqaret aerozollarından istifadə orqanizmin koronavirus infeksiyasına qarşı həssaslığını artırır”. 

Lent.az xəbər verir ki, bu barədə “bioRxiv”də dərc edilmiş məqalədə bildirilib.

Bunu araşdıran tədqiqatçılar bir neçə marka elektron siqareti və onlar üçün nəzərdə tutulmuş bir sıra nikotin mayeləri incələyiblər. Bu siqaretlər xüsusi bir cihaza birləşdirilir ki, bu da bir insan tərəfindən istehlak edildikdə eyni aerozol buraxmasına səbəb olur. 

Məlum olub ki, elektron siqaretlər hüceyrələrin koronavirusa qarşı həssaslığını artırır. Bu, SARS-CoV-2-nin sintetik analoqlarının daha aktiv şəkildə nüfuz etməsində özünü göstərib. Bu, xüsusilə nikotinin ən yüksək konsentrasiyası olan mayelər üçün doğru idi. 

Buna səbəb buxarlanma üçün mayenin tərkibində olan nikotin və müxtəlif molekulların koronavirusun hüceyrələrə nüfuz etməsində mühüm rol oynayan “ACE2” və “TMPRSS2” zülallarının aktivliyini artırması olub.

Elm adamları hesab edirlər ki, elektron siqaret modellərindən istifadə edən xəstələri müalicə edən həkimlər yuxarıda sadalanan məqamları nəzərə almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949
avatar

Oxşar yazılar