Çində alimlərin cinayətləri araşdırmaq üçün süni intellekt hazırladıqları açıqlanıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, yeni sistem 97 faiz dəqiqliklə işləyə biləcək.
Cihaz 2015-ci ildən 2020-ci ilə qədər 17 mindən çox cinayət işindən toplanan məlumatlardan istifadə edilərək quraşdırılıb. Qurğu vasitəsilə internet fırıldaqçılığı, oğurluq daxil olmaqla Şanxayda ən çox danışılan 8 cinayətin üstünün açılmasında istifadə olunacaq.
Layihənin aparıcı alimi Şi Yonq A-nın sözlərinə görə, sistem polislərin gündəlik iş yükünü xeyli azaldacaq.
Qeyd edək ki, cihaza “prokuror” maşını adı verilib.