İsveçli bir şirkət özünü idarə edən, sürücüsüz yükdaşıyan avtomobilləri təqdim edib.
Lent.az xəbər verir ki, özünü idarə edən yük maşının radar, lazer qəbulediciləri və GPS texnologiyası ilə necə yaxşı işlədiyini göstərmək üçün xüsusi nümayiş keçirilib.
Belə ki, nümayiş zamanı avtomobillər Çin vazalarının olduğu labirintdə heç bir maneə ilə toqquşmadan hərəkət ediblər. 26 ton yük daşıya bilən bu avtomobillərin sürücü kabinəsi yoxdur.
Bildirilir ki, nəqliyyatda bu maşınlardan istifadə maddi tərəfdən də 40 faiz daha ucuz başa gəlir.