Bu sistemlə  infarkt riski   əvvəlcədən BİLİNƏCƏK
07 fevral 2022 19:48 (UTC +04:00)

Bu sistemlə infarkt riski əvvəlcədən BİLİNƏCƏK

Belçikalı alimlər tor qişasının skan edilməsi sayəsində infarkt riskini proqnozlaşdıran süni intellekt sistemi hazırlayıblar. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sistem təxminən 70-80 faiz dəqiqliklə işləyir. 

Bildirilir ki, hazırlanan süni intellekt ilə xəstələrin növbəti dəfə infarkt keçirmə riskinin olub-olmadığını təxmin etmək mümkün olacaq. 

Sistemin hazırlanmasında 5 min adamın tor qişası və ürək klapanı analiz edilib. Gələcəkdə bu yeniliyin tibb elminə çox böyük kömək olacağı bildirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910
avatar

Sevinc Fərid

Oxşar yazılar