"Apple" yeni funksiya istifadəyə verdi
03 fevral 2022 22:50 (UTC +04:00)

"Apple" yeni funksiya istifadəyə verdi

"Apple" yeni IOS güncəlləməsi ilə bağlı yenilikləri təqdim edib. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, IOS 15.4-ün ilk Beta versiyasında istifadəçilər maskalı halda belə üz tanıma funksiyasından istifadə edə biləcək. 

Bununla yanaşı, həmçinin “parametrlər” bölməsinə "eynək" funksiyası da əlavə edilib. 

Beləliklə, telefonunuz sizə maska və eynəklə "Face ID" funksiyasından istifadə etmək imkanı yaradır. 

Qeyd edək ki, yeni funksiyalar sadəcə "Iphone 12" və "Iphone 13" seriyalarına tətbiq ediləcək.
 

# 2253
avatar

Sevinc Fərid

Oxşar yazılar