"Apple" 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan bir texnologiya markasıdır. Hamımıza tanış olan “Apple Macintosh”, “IPhone”, “Mackbook”, “IPad” və “IPod” kimi məhsullar bu şirkətin istehsalıdır.
Dünyanın texnologiya nəhəngi son 40 ildə bu və başqa məhsulları ilə istifadəçilərin həyatını dəyişib. Amma bu illər ərzində şirkətin bütün markalarının uğurlu olduğunu düşünürsünüzsə, çox böyük səhv edirsiniz. Bu günə kimi növbənöv məhsullar təqdim edən nəhəng şirkət, bir çox uğursuzluqla da üzləşib.
Lent.az “Apple” tarixində ən uğursuz 5 məhsulu təqdim edir:
“Machintosh Portable”
Bu “Apple”in batareyalı ilk daşına bilən kompüteri idi. Şirkətin uğursuz məhsulları arasında ilk yada düşənlərdəndir. 1989-cu ildə satışa çıxarılmışdı. Amma batareyasındakı səhvə görə söndürülə bilmirdi. Bu kimi problemləri ilə bu iş üçün hələ tez olduğunu göstərdi.
“Magic Mouse 2”
“Magic Mouse 2” daxili akkumlyator ilə işləyirdi. Cihaz qısa müddətdə enerji yığa bilirdi. Hətta 9 saat işləməsi üçün 2 dəqiqə enerji yığması kifayət edirdi. Pis tərəfi isə enerji yığmaq üçün lazım olan “lightning” çıxışının ”mouse”un alt hissəsində yerləşməsi idi. Belə halda enerji yığan zaman ondan istifadə etmək mümkün deyildi.
“Macintosh” TV
“Apple” TV-dən illər əvvəl şirkət Macintosh TV-ni təqdim etmişdi. O vaxtlar bu markanın qiyməti 2099 dollar idi. Amma şirkət istədiyi satışı əldə edə bilmədi. Cəmi 3 aydan sonra bu televizor bazardan çıxarıldı.
“Apple Newton”
“Apple”in ilk köməkçi müəssisəsi Nyuton idi. Bu cihaz əl yazısının tanınması funksiyası ilə bazara gəlmişdi. Amma bu xüsusiyyət işləmədi və şirkəti pis vəziyyətdə qoydu. Çünki o dövrün texnologiyası hələ inkişaf etməmişdi.
“IMac mouse”
“Imac” fərdi kompüterlərdə inqilab yaratdığı qədər, onu idarə edən siçan da bir o qədər əvəzedilməz idi. “Apple” kompüterlərin yanında göndərdiyi dəyirmi “mouse” o qədər yararsız idi ki, siçana baxmadan işlətmək mümkün deyildi.