"Talbot", "Bugatti" kimi bu günə qədər "sağ qalma" şansı olmasa da, avtomobil tarixində iz qoyan bir Fransız avtomobil şirkəti idi. Bununla belə, "Talbot" nəsillərə bütün zamanların ən gözəl avtomobillərindən birini qoyub getdi - bu, "Figoni et Falaschi"dən olan "Lago 150-C-SS" Kupesi idi.
Yaxın günlərdə Floridada "Gooding & Company"də 1937-ci ilin unikal "Talbot Lago 150-C-SS" kupesi hərraca çıxarılacaq. Qiyməti 10 milyon dolları keçə bilər. Bir vaxtlar yalnız iki belə nüsxə buraxılmışdı. Bu günə qədər yalnız biri mövcuddur.
Ekstravaqant görünüşü ilə yanaşı, kupe o illərin standartlarına görə təsiredici mühərriki ilə öyünür. Söhbət üç karbüratörlü 4,0 litrlik altı silindrli sıralı mühərrikdən gedir. Qurğu 140 at gücündədir.
Qeyri-adi iş prinsipinə malik dörd pilləli avtomatik transmissiyadan ibarətdir.
85 il ərzində" Talbot Lago 150-C-SS" bir çox kolleksiyaçıların və məşhurların əlində olub. Üstəlik, demək olar ki, bütün bu müddət ərzində (daha dəqiq desək, 80 il) avtomobil Kaliforniyada sürülüb.
Maraqlıdır ki, kupe buraxıldıqdan dərhal sonra onun gümüşü-mavi korpusu qırmızı rəngə boyanıb. Doğma rənginə yalnız 2000-ci illərdə qaytarılıb.