Yol polisindən qarlı hava ilə bağlı MÜRACİƏT: bu maşınları sürməyin
08 fevral 2025 12:21 (UTC +04:00)

Yol polisindən qarlı hava ilə bağlı MÜRACİƏT: bu maşınları sürməyin

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə davam edən qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Lent.az xəbər verir ki, müraciətdə deyilir:

"Xəbərdarlıq edildiyi kimi hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.

Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur.

Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2540

Oxşar yazılar

Azərbaycanda bir neçə nəfər itkin düşüb,  polis axtarır

Azərbaycanda bir neçə nəfər itkin düşüb, polis axtarır

22 mart 2025 , 18:07
Hazırda bu rayonlara qar yağır  - FAKTİKİ HAVA - YENİLƏNİB

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

22 mart 2025 , 18:05
Tanınmış jurnalistə AĞIR İTKİ

Tanınmış jurnalistə AĞIR İTKİ

22 mart 2025 , 12:52
Qar uçqununda ölən əsgər dəfn edildi  - YENİLƏNİB

Qar uçqununda ölən əsgər dəfn edildi - YENİLƏNİB

22 mart 2025 , 12:45
Qar, yağış, dolu  - Sabahın HAVASI

Qar, yağış, dolu - Sabahın HAVASI

22 mart 2025 , 12:30
Qar uçqununda həlak olan əsgər dəfn olundu

Qar uçqununda həlak olan əsgər dəfn olundu

22 mart 2025 , 12:19
Jurnalistin oğlu gənc yaşında vəfat etdi

Jurnalistin oğlu gənc yaşında vəfat etdi

22 mart 2025 , 10:04
Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

21 mart 2025 , 22:30