Xoşbəxtlik Nazirliyinin   yaradılması təklif edildi
06 noyabr 2023 19:23 (UTC +04:00)

Xoşbəxtlik Nazirliyinin yaradılması təklif edildi

Federasiya Şurasının rəhbəri Valentina Matvienko Rusiyada Xoşbəxtlik Nazirliyinin yaradılmasını təklif edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Matvienkonun sözlərinə görə, o, “belə bir ideya haqqında xəyal edib və təklif edib”. Nazirliyin vəzifəsi ölkədə qəbul edilən bütün qanunları yoxlamaq və onların vətəndaşları xoşbəxt edib-etmədiyini müəyyən etmək olardı.

Federasiya Şurasının rəhbəri daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Xoşbəxtlik Nazirliyinin ideyası haqqında eşitdiyini bildirib. Eyni zamanda, Matvienko fikrinin "amansız tənqidə" məruz qalacağını başa düşdüyünü etiraf edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5034
avatar

Oxşar yazılar