“Atmosfer çöküntülərinin təsirindən Zığ sürüşmə sahəsində aktivlik qeydə alınıb”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, Masazırda Qır gölü ətrafında sürüşmə prosesinin dinamikasında da aktivlik müşahidə olunur.
R. Həsənov qeyd edib ki, Sabunçu rayonu ərazisində Savalan yaşayış massivində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma hadisəsi baş verib.