Bu gündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayır.
Lent.az-ın məlumatına görə, sayta bakipost.az və bakupost.az domenlərindən giriş olacaq.
Saytın rəhbəri Elçin Zahiroğlu bildirib ki, “Bakı Post”un hədəfi ölkənin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir: “Demokratiya və plüralizm prinsiplərinə əsaslanan “Bakı Post”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq”.
E.Zahiroğlu “Bakı Post”un qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcəyinə inamını ifadə edib: “ Ölkəmizə “Bakı Post”un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!”.