Bakı və Abşeron yarımadasında iyunun 11-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun gecə 17-22 , gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın əsasən şimal və qərb rayonlarında gündüz şimşək çaxacağı və qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 18-23, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı ehtimal olunur.