“Bu il xaricdə təhsil almaq üçün tələbələrin seçimi tam bitdikdən sonra onlara plastik kartlar veriləcək. Bu plastik kartların verilməsi onların təqaüdlərinin gecikməsinin qarşısının alınması üçündür”.
APA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov ASAİF-in “XI Yay Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, xaricdə təhsil aldıqdan sonra vətənə qayıdan məzunlar cəmiyyətə tam inteqrasiya olmalıdır: “Mən həmin məzunlarla tək-tək görüşməyə hazıram. Onlar vətənə döndükdən sonra istər dövlət, istərsə də özəl sektorda işlə təmin olunurlar”.