Vakant vəzifələrə qəbulla bağlı pozuntuya yol verən dövlət orqanlarının adları açıqlanıb
27 fevral 2015 12:28 (UTC +04:00)

Vakant vəzifələrə qəbulla bağlı pozuntuya yol verən dövlət orqanlarının adları açıqlanıb

“Müəyyən dövlət orqanlarına göndərilən namizədlərin iddia etdiyi vakant vəzifəyə yox, başqa bir vəzifəyə təyin etmək istəkləri olur. Namizədlərə aşağı təsnifat üzrə vəzifələr təklif edirlər. Bunu da belə əsaslandırırlar ki, yaxşı olar həmin namizəd bizim dövlət qulluğuna aid olmayan departamentimizdə gedib hər hansı bir vəzifə tutub, öyrənib sonra gəlsin. Dövlət Qulluğu haqqında qanun var və bu qanunun tələbləri var. Bu tələblərə riayət etmək lazımdır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.

 

V. Misirov bəzi dövlət orqanlarının struktur dəyişikliyi adı altında vakant vəzifələri Komissiyaya təqdim etmədiklərini də bildirib: “2014-cü il ərzində Təhsil Nazirliyi,Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası və digər bir neçə qurum struktur dəyişikliyini əsas gətirərək Komissiyaya heç bir vakant vəzifə təqdim etməyib. Bir il ərzində struktur dəyişikliyi nə dərəcədə davam edə bilər ki?”

 

V. Misirov söyləyib ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yarandığı gündən etibarən vakant vəzifələri Komissiyaya təqdim etməyib: “Müraciətlərimizə rəğmən hələ də bu məsələ öz həllini tapmayıb”.

 

V. Misirov bəzi dövlət orqanlarında Komissiyanın keçirdiyi müsahibələr nəticəsində vəzifəyə təyin olunmuş namizədlərlə görüş adı ilə əlavə müsahibələr keçirilməsinin  namizədlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib: “Bundan başqa, 2013-cü ildə keçirilən müsabiqələrin nəticəsi kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndərilən təyinatla bağlı namizədlər 8 ay müddətinə gözləmə mövqeyində olublar. Yəni, bu namizədlər heç bir vəzifəyə təyinat almayıb. Halbuki qanunda bu müddət 10 gün nəzərdə tutulur. Bu il isə pozuntular tək Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bitməyib. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən bu müddət 4 ay, Maliyyə Nazirliyi tərəfindən isə 53 gün müddətinə ləngidilib”.

# 129
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17