Ukrayna və Belarus gömrükçüləri "Qoşa Təpə" postunda iş şəraitiylə tanış olub
06 fevral 2018 15:59 (UTC +04:00)

Ukrayna və Belarus gömrükçüləri "Qoşa Təpə" postunda iş şəraitiylə tanış olub

Azərbaycan gömrüyünün qabaqcıl təcrübəsini öyrənmək məqsədilə ölkəmizə gələn Ukrayna və Belarus Respublikasının gömrük xidmətlərinin nümayəndə heyətləri fevralın 6-da Biləsuvar Gömrük İdarəsinə səfər ediblər. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, İran İslam Respublikası ilə sərhəddə yerləşən "Qoşa Təpə" gömrük postunda iş şəraiti ilə tanış olan nümayəndə heyətinin üzvlərinə burada "Bir pəncərə" sisteminin məqsədi və prinsipləri barədə məlumat verilərək bildirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesini ən qısa zaman ərzində başa vurmağa imkan verir. Sistemin tətbiqi zamanı bütün proseslər informasiya texnologiyalarının tətbiqi ilə avtomatlaşdırılmış qaydada həyata keçirilir və şəffaflıq tam təmin olunur.

 

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postu ilə tanış olan qonaqlar sərhəd-keçid məntəqəsində yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

 

Qeyd edək ki, adıçəkilən ölkələrin gömrük xidmətlərinin nümayəndələri Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən həyata keçirilən "Ukrayna və Belarus Respublikası sərhədindəki Novaya Quta- Novıye Yarıloviçi sərhəd keçid məntəqəsinin avtomatlaşdırılmış intellektual videomüşahidə sisteminin təşkil edilməsi" layihəsi çərçivəsində ölkəmizdə səfərdədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar