Sınaq imtahanlarının nəticələri açıqlandı - <span style="color:red;">TQDK
16 aprel 2015 16:25 (UTC +04:00)

Sınaq imtahanlarının nəticələri açıqlandı - TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib. Lent.az-ın məlumatına görə, aprelin 12-də keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.

 

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48376 abituriyentdən 2551 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 9 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45816 abituriyentin imtahan nəticələri yerləşdirilib. İmtahan nəticələri ilə TQDK-nın internet saytına daxil olub və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207

Oxşar yazılar