Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabrın 14-də Bakıdakı 18 nömrəli tam orta məktəbdə Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul keçirib.
BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bildirək ki, səyyar qəbulda iştirak edən vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, müəllimlərin dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.