Baş həkim əlavə edib ki, sonradan aparılan araşdırma zamanı əsllində həmin insanların müayinə üçün gəlmədikləri məlum olub. Bunun bir kampaniya olduğunu deyən S.Əliyev vurğulayıb ki, onlar belə işlərlə məşğul olan 3 şəxsdir və xəstəxanaları gəzərək belə videolar çəkirlər: “Həmin adamlar 3 ay öncə müxtəlif işlər üçün xəstəxanaya bir neçə dəfə gəliblər, müxtəlif şantajlar ediblər. Amma sonda görəndə ki, istəkləri baş tutmayıb bu videonu yayıblar. Yoxsa ki, bu video niyə 3 aydan sonra yayılsın?”
S.Əliyev qeyd edib ki, bu məsələyə və texnikin etdiklərinə bəraət qazandırmır. Onun sözlərinə görə, bu video yayılandan sonra həmin texnik rəhbərliyə çağırılıb: “Həmin texnik barəsində lazımi tədbir görülüb. Ona administrativ cəzalar verilib”.