Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib. “Azərbaycan dili” fənni üzrə birinci imtahan bu il mayın 4-də keçirilib. APA TV-nin məlumatına görə, həmin imtahanda 7927 abituriyent iştirak edib, onlardan 7211 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb. Qəbul qaydalarına əsasən, mayın 4-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyulun 3-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir. İmtahan Bakı şəhərində 2 binada təşkil olunub və saat 11-də başlayıb. İmtahanda ciddi qayda pozuntusuna rast gəlinməyib. Buna baxmayaraq 1216 abituriyentin iştirakı nəzərdə tutulsa da imtahana xeyli sayda adam qatılmayıb.
İmtahan rəhbəri Sədri Nuriyev bildirib ki, yoxlanış vaxtında başlayıb: “Bu barədə heç bir problem olmayıb. Abituriyentlər öz yerlərində oturub. Lazımi sənədlər vaxtında paylanılıb. Bir-iki nəfər gecikib. Qaydalara görə, imtahana buraxılmalıdırlar. Biz də imtahana buraxmışıq. Gəlməyənlər kifayət qədərdir. Hal-hazırda neçə nəfərin gəlmədiyini dəqiq demək mümkün deyil, bir azdan məlum olacaq. Amma kifayət qədər gəlməyən var".
İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Qeyd edək ki, abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Abituriyentlər imtahanın gedişi barədə danışıblar: "Yaxşı keçdi. Suallar çox asan idi. 30 sualın hamısını yazdım. Hazırlaşmamışdım, amma asan idi. Hamısını yazdım, məncə 20 sualın cavabı düz olacaq. Belə normal, asan idi. Başa düşmədiklərimiz də var idi. Onları da yazdıq".
Qeyd edək ki, imtahandan əvvəl abituriyentlərə artıq əşyaların gətirilməməsi ilə bağlı xəbərdarlıq olunsa da, yoxlanış vaxtı onların üzərindən müxtəlif əşyalar aşkarlanıb.

Rus bölməsində oxuyan şagirdlərin bir qismi "Azərbaycan dili" imtahanına gəlməyib
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09