Bu ay 28 nəfər qidadan zəhərlənib
28 noyabr 2016 13:40 (UTC +04:00)

Bu ay 28 nəfər qidadan zəhərlənib

 

“Soyuq aylarda yayda tədarük görülmüş konservləşdirilmiş məhsullardan zəhərlənmə halları artmağa başlayır”.

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, qışda toksiki zəhərlənmələrin daha çox, botulizm hadisələrinin  isə bir qədər az qeydə alınır. Botulizm əsasən qidaların yaxşı yuyulması qaydalarına əməl etmədikdə baş verir: “ Qış aylarında 30-35 zəhərlənmə hadisəsi baş verirsə, onun 5-i botulizm hadisəsi olur. Botulizm hadisəsi az qeydə alınsa da, təhlükəsi daha çoxdur”.

 

 İ.Abdullayev qeyd edib ki, noyabr  ayının əvvəlindən indiyə qədər ölkə ərazisində 23 zəhərlənmə hadisəsi baş verib: “ Ümumilikdə 28 nəfər zərərçəkən olub. Bundan başqa, bu ay ərzində 3 botulizm hadisəsi olub və ondan 8 zərərçəkən olub. Bu zəhərlənmələr əsasən Siyəzən, Bərdə, Ağcabədidə qeydə alınmışdı”.

 

Bərdədə 5 yaşlı Sübhan Məmmədovun pomidor turşusundan zəhərlənərək ölməsinə toxunan İ.Abdullayevin sözlərinə görə, həmin azyaşlıya ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulsa da, ölüm səbəbinin zəhərlənmə olduğu hələ təsdiqlənməyib: “ Bununla bağlı hələ araşdırma gedir. Bildiyimə görə, həmin  uşağa həkim tərəfindən pnevmaniya diaqnozu da qoyulmuşdu”.

 

İ.Abdullayev bildirib ki, qida zəhərlənməsinin qarşısını almaq üçün qidanın  bişirilməsi, saxlanılması, temperatur rejimi kimi gigiyenik şərtlərə əməl etmək lazımdır: “Qışda hava soyuqdu deyə, hazırlanmış qida əksərən soyuducuda yerləşdirilmir.

 

Bir sutka ərzində ev şəraitində soyuducuya yerləşdirilmədən saxlanılan qidada qida çirklənməsi baş  verir və zəhərlənmə qaçılmaz olur: "Tez  xarab olan qidaları yedinizsə, qalanını mütləq soyuducuda saxlamaq lazımdır. Bundan başqa, qida zəhərlənməsi zamanı evdə ilkin olaraq xəstənin qusdurulması, imalə edilməsi daha yaxşı olar. Amma həkimə getmək mütləqdir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Fərizə Əhmədova

Oxşar yazılar