QHT Şurasının üzvləri Danimarkada görüşlər keçirir
07 may 2014 11:01 (UTC +04:00)

QHT Şurasının üzvləri Danimarkada görüşlər keçirir

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Kopenhagenə səfəri başlayıb. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində maliyyələşdirdiyi Almaniyanın “Azlıqların Məsələləri üzrə Avropa Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilən səfərin ilk günündə tərəflərin iştirakı ilə toplantı keçirilib. İclasda qarşıdakı günlərdə keçiriləcək görüşlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. 

 

İlk olaraq nümayəndə heyəti Danimarka Xarici İşlər Nazirliyinin sektor müdiri Ole Dahi Rasmussenlə görüşüb. Nazirliyin 2013-2017-ci il strateji inkişaf planı haqqında danışan Rasmussen qeyd edib ki, Danimarka hökuməti hər il insan hüquqları və inkişaf üzrə layihələrə 140 milyon avro vəsait ayırır. Bu məqsədlə 2013-2017-ci illərə dair Danimarka Qonşuluq Proqramı üzrə Balkan və Cənubi Qafqaz ölkələri üçün 30 milyon avro vəsait ayrılıb. Görüşdə proqram çərçivəsində Azərbaycanla birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü ifadə olunub.

 

Mayın 6-da isə Danimarka Parlamentində nəqliyyat komitəsinin sədri, biznes, mədəni və Avropa ilə əlaqələr komitəsinin üzvü Benny Engelbreçt ilə görüş keçirilib. Keçirilən görüşlərdə nümayəndə heyəti adından Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun inkişafı sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin mahiyyəti haqqında geniş məlumat verib.

 

Görüşlərdə Danimarka dövlətinin təmsilçilərinə Azərbaycanın tarixi və mədəniyyətini tərənnüm edən xatirə hədiyyələri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350
avatar

Oxşar yazılar