Qənirə Paşayeva “TGRT Haber” telekanalının qonağı olub
02 iyun 2014 16:36 (UTC +04:00)

Qənirə Paşayeva “TGRT Haber” telekanalının qonağı olub

Millət vəkili Qənirə Paşayeva “TGRT Haber” telekanalında İbrahim Güneşin təqdimatında “Güneş’li Saatler” proqramının  qonağı olub. Lent.az-ın məlumatına görə, 45 dəqiqəlik canlı yayımda aparıcının suallarını cavablandıram Qənirə Paşayeva  Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə məlumat verib.

Azərbaycan millət vəkillərinin Somada meydana gələn mədən faciəsindən sonra maaşlarının bir hissəsini  faciə qurbanlarına bağışlamaları ilə bağlı suala cavab verən Q. Paşayeva Azərbaycanın Türkiyəni özündən ayırmadığını deyib: “Biz Türkiyə ilə Azərbaycana ayrı baxmırıq, Somada həyatını itirən insanlar bizim də qardaşlarımızdır. Bu faciə zamanı  həyatını itirən qardaşlarımıza Allahdan bir daha rəhmət, başda yaxınları olmaqla bütün millətimizə başsağlığı diləyirik. Qızıl Aypara Cəmiyyəti tərəfindən belə bir kampaniyaya başladı, bu kampaniyaya millət vəkillərimiz, dövlət adamlarımız, sənətçilərimiz, hətta tələbələrimiz də qoşuldular. Allahdan tək diləyimiz budur ki, bir daha nə Türkiyədə, nə də Azərbaycanda belə faciələr yaşanmasın, əgər Azərbaycanda da eyni durum yaşansaydı, düşünürəm ki, siz də eynisini  edərdiniz, əslində bunun belə olması lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar