Qaradağda “Təhsili dəyərə çevirək” adlı seminar keçirilib
25 oktyabr 2016 10:10 (UTC +04:00)

Qaradağda “Təhsili dəyərə çevirək” adlı seminar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində dördüncü təlim-seminar Qaradağ rayonunda keçirilib.
 
 
 
BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonunda yerləşən 319 nömrəli tam orta məktəbdə keçirilən təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və gözlənilən nəticələrdən danışıb. 
 
 
 
Direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edən M.Vəliyeva, həmçinin dəyərlərə sahib məktəb modelinin yaradılmasının daha optimal yolları məsələsini iştirakçıların müzakirəsinə təqdim edib.
 
Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova“Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda çıxış edib.
 
Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.
 
400 nəfərə yaxın iştirakçının qatıldığı təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, “Məktəb seminarları” layihəsi çərçivəsində keçirilən təlim-seminarların Bakının 12 inzibati rayonunun hər birində təşkil olunması nəzərdə tutulub.
 
 Bildirək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğetməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar