Qanunsuz ov edənlər cəzalandırıldı
21 fevral 2015 11:54 (UTC +04:00)

Qanunsuz ov edənlər cəzalandırıldı

 

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Ağsu rayonu Sanqalan adlanan ərazidə keçirilmiş reyd zamanı ov edən 3  naməlum şəxs saxlanılıb. Faktla bağlı qanuna müvafiq qaydada akt tərtib edilərək həmin şəxslərdən 3 ov tüfəngi, 6 patron götürülüb. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Ağsu Rayon Polis Şöbəsinə müraciət edilib.

 


Qaradağ rayonunun 29-cu kilometrliyində ov edən Abşeron rayon Güzdək kənd sakini Mehdi Mehdiyev, Xırdalan şəhər sakini Kamil Aslanov və Bakı şəhər Nərimanov rayon sakini Vərqa Həsənov saxlanılaraq onlardan 3 ov tüfəngi, 8 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.


Qusar rayonunun Qullar-İmamqulu kəndi ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi və barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.


Sarısu Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı 4 nəfər naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək onlardan 5 ov tüfəngi, 130 patron və 14 ovlanmış çöl ördəyi müsadirə olunub. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qanunamüvafiq tədbirlər görülür.

 

 

 

# 139

Oxşar yazılar

Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53