Avqustun 19-da prezident İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Ölkə başçısı həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı edib, körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.
Həmçinin, səfər çərçivəsində dövlət başçısı Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında da iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonda xatirə şəkli çəkdirilib.