Prezident Şabranda xalçaçılığın inkişafı üşün pul ayırdı
28 fevral 2018 18:04 (UTC +04:00)

Prezident Şabranda xalçaçılığın inkişafı üşün pul ayırdı

Prezident İlham Əliyev Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Bu sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə, sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi isə Maliyyə Nazirliyinə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar