Ölkə başçısı İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sərəncama əsasən Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Bundan başqa, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.