Prezident Əfqanıstanda döyüşən azərbaycanlılarla bağlı fərman imzaladı
11 avqust 2014 19:24 (UTC +04:00)

Prezident Əfqanıstanda döyüşən azərbaycanlılarla bağlı fərman imzaladı

Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
 

Bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək.

 

Nazirlər Kabinetinə hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 

Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3241
avatar

Oxşar yazılar